“Baku Sporting” “Şəfa”ya çatdı - YENİLƏNİB
18.02.2026 - 16:29
“Baku Sporting” “Şəfa”ya çatdı - YENİLƏNİB

Futbol üzrə Azərbayan I Liqasında XV tur start götürüb.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Cəbrayıl" "Bakı Sportinq"i, MOİK "Səbail"i qəbul edib.

Buzovna təmsilçisi qələbə qazanıb və xallarının sayını 32-yə yüksəldib. Bununla da komanda "Şəfa" ilə xallarının sayını bərabərləşdirib.

18 fevral (çərşənbə)

14:30. “Cəbrayıl” – “Bakı Sportinq” 1:2
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Şamaxı OİK stadionu

14:30. MOİK – “Səbail” 1:0
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə
Binə qəsəbə stadionu