"Baku Sportinq"in futbolçusu mükafatlandırılıb
18.03.2026 - 15:47
I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq" futbol klubunun üzvü Elşən Abdullayev mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIX turun "Baku Sportinq" - "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
0
0