Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
02.02.2023 - 17:14
Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO

“Neftçi” – “Zirə” matçındakı epizodda hakimlərin üç seçimi var idi”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək deyib.

O, Misli Premyer Liqasının “Neftçi” – “Zirə” görüşünün hakimliyi barədə danışıb. Türkiyəli funksioner “CBC Sport”a açıqlamasında epizoda şərh verib: “Onlar ən az doğru olanı seçdilər. VAR olan matçlarda bir az fərqli olur. VAR olmasaydı, bəlkə də doğru qərar idi. Penalti və sarı vərəqə ola bilərdi. Ofsayd qərarı mövsüm öncəsi dəyişib. Ən düzgün qərar penalti və ikinci sarı vərəqə ola bilərdi. Hakim ofsayd qərarı verdi. Bundan sonra VAR müdaxilə etməməli idi. Türkiyəli mütəxəssislərlə də bu epizodu müzakirə etdim. Meydandakı qərar səhv olmadığından VAR-a ehtiyac yox idi. Amma penalti və ikinci sarı vərəqə olsaydı belə buna baxılmayacaqdı. Səhv deməzdim, amma ən az doğru olan qərar idi. Görüşü mən də canlı izlədim. Başqa hakim səhvi görmədim”.

Şimşək “Qəbələ” – “Sabah” matçındakı idarəçiliyə də toxunub: “Qəbələ” – “Sabah” matçında da hakim səhvi yoxdur. Qırmızı vərəqədə də hər iki xəbərdarlıq düzgün idi”.

Komitə sədri bildirib ki, belə epizodlarla bağlı seminarlar keçirilib: “10 klubdan yeddisinə seminar keçmişik. “Zirə”yə keçdiyimizdən 48 saat ötməyib. Orada da belə epizodu izah etmişdim ki, VAR-dan sonra hakim istənilən qərarı verə bilər”.

0