"Barselona" Madriddən 3 xalla qayıdıb
05.04.2026 - 01:02
"Barselona" Madriddən 3 xalla qayıdıb

İspaniya La Liqasında XXX tura start verilib.

Apasport.az xəbər verir ki, günün son matçında "Atletiko Madrid" doğma meydanda lider "Barselona"nı qəbul edib. 

Matçda hesabı meydan sahibləri açsa da, kataloniyalılar sonda 3 xala sevinən tərəf olub.

Ciovanni Simeonenin qoluna Reşford və Levandovski ilə cavab verən "Barsa" xallarının sayını 76-ya çatdırıb və çempionluq yolunda mövqeyini bir qədər də yaxşılaşdırıb.

"Atletiko" isə 57 xalla 4-cü pillədə qalıb.