"Bavariya"nın müdafiəçisi "Real"ın radarına düşüb
13.05.2024 - 17:13

"Real" heyətini "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devislə gücləndirmək istəyir.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu Münhen nəhəngi ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq kanadalını almaqda israrlıdır.
“Transfermarkt” Devisin dəyərini 60 milyon avro olaraq qiymətləndirir. O, bu mövsüm 41 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Leandro Qomeş: "Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var"
0
0