Belaruslu futbolçu “Zirə”də - RƏSMİ
07.06.2025 - 20:55

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Yeqor Boqomolskiylə müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk”, həmçinin Bakının “Neftçi” klubunda da çıxış edib.
0
0