"Borussiya"da heyətə düşə bilməyən Cob Bellingem İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Bellingemin Almaniya klubundakı durumunu yaxından izləyir. "Kristal Pelas" da 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, "Borussiya" Cob Bellingemi mövsümün əvvəlində "Sanderlend"dən 30 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- De Blekere mübahisəli epizodları şərh edib - VİDEO
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”