"Turan Tovuz" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ümumilikdə ağır oyun oldu. "Qarabağ" matçın çox hissəsində təşəbbüsə yiyələnmişdi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu ki, vəziyyəti düzəldək. Amma alınmadı.
- Denis Marandiçi ilyarımdır yoxdur. Onun sağlamlığı və aqibəti necə olacaq?
- Əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik.
- Çoxsaylı real qol epizodlarını qaçırmağınızın səbəbi nədir?
- Fikirləşirəm ki, həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, başqa cür olardı.
- İkinci yer uğrunda həlledici matç idi. Futbolçularda mübarizliyi, motivasiyanı hiss etdiz?
- Ona görə dedim ki, həyəcan var idi. Nəzəri baxımdan şansın olması, bir az həyəcana səbəb oldu.
Mirbağırağa
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB