Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub
15.07.2025 - 12:55

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin şərəfini qoruyub. O, yığma komandanın heyətində 20 oyun keçirib.
0
0