AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda II Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 86.3);
“Şəmkir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 86.3);
“Şəmkir” – “Qaradağ Lökbatan” oyununda “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 52.5);
“Ağdaş” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
“Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);