Braziliyalı hücumçu “Şamaxı”da - Rəsmi
09.01.2025 - 13:18
“Şamaxı” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda hücumçu Mixael Tike Dias Santosla müqavilə imzalanıb. Forvardla müqavilənin müddəti il yarımdır (6 ay + 1 il).
Qeyd edək ki, 31 yaşlı futbolçunun son iş yeri Litva təmsilçisi “Heqelmann” olub.
0
0