Braziliyalı vinger “Neftçi”də - RƏSMİ
10.02.2026 - 13:12
Braziliyalı vinger “Neftçi”də - RƏSMİ

"Neftçi" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Kiprin "Etnikos" klubundan Breno Almeydanı transfer edib.

Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı braziliyalı vingerlə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.