
“Qarabağ” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçi Lukas Ventura üçün İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə danışıqlara start verib.
Azərbaycan çempionu 27 yaşlı futbolçu üçün 450 min avrodan çox məbləğ ödəməyə hazırdır. “Qarabağ” təsnifat mərhələsində Venturadan istifadə edə bilməsə belə, onu heyətinə qatmaqda israrlıdır.
Əgər “Hapoel” bu təklifi qəbul etsə, Ventura “Qarabağ”la 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Lukas Venturanın “Hapoel”lə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir. O, karyerası ərzində Braziliyanın “Kruzeyro”, “Sport Resife”, “Avai” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.