Bu gün İkinci Liqada qaliblər mükafatlandırılacaq
22.05.2025 - 11:21

Futbol üzrə Azərbaycan II Liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, bu gün Binə qəsəbə stadionunda, saat 16:00-da başlayacaq mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.
II Liqanın qalibi “Şahdağ Qusar” olub. İkinci pillədə “Şəfa”, üçüncüdə isə “Şimal” qərarlaşıb.
0
0