Əfsanəvi italiyalı qapıçı Canluici Buffon karyerasını bitirmək barədə düşünmür.
Apasport.az saytının məlumatına görə, hazırda “Parma”da çıxış edən İtaliya millisinin sabiq qolkiperi hələ uzun müddət oynamaq fikrindədir.
44 yaşlı qapıçı karyerasını bitirdikdən sonra futbol sahəsindən uzaqlaşacağını söyləyib: “Karyeramı 55 yaşında bitirəcəyəm? Təxminən bəli. Uzun illər karyeramı bitirdikdən sonrakı həyatı düşündüm. Futbol sahəsində qalacağıma 100 faiz əmin deyiləm. Futbolu artıq bildiyim üçün, bəlkə də, başqa bir şey sınadım. Yeni şeylər öyrənməkdə maraqlıyam”.
Qeyd edək ki, Buffon 2001-2021-ci illərdə “Yuventus”da çıxış etdikdən sonra ötən il sabiq klubu “Parma”ya qayıdıb.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB