Burkina-Faso millisinin üzvü "Kəpəz"də - RƏSMİ
11.07.2025 - 14:07

"Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi Burkina-Fasodan olan Adama Fofana azad agent kimi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Adama son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib. O, həmçinin Fransada "Dijon" və İsveçdə "Verberq" klublarının şərəfini qoruyub.
0
0