AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/8 final oyunlarında baş verənlər müzakirə olunub.
MOİK – “Səbail” matçında təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə meydan sahibləri 1600 manat cərimələnib. Qarşılaşma xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK-ə xəbərdarlıq edilib.
“Şamaxı” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb. “Şamaxı”nın oyunçusu, Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyunluq diskvalifikasiya olunub və klubunu 200 manat ziyana salıb.
Matç başa çatdıqdan sonra meydan sahiblərinin məşqçisi Cavid Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. O, kubok oyunlarından 6 matçlıq kənarlaşdırılıb, Şamaxının eyniadlı təmsilçisi 4800 manat cərimələnib.
- "Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
- “Bavariya” Premyer Liqa ulduzunun transferində favoritdir – 70 milyon avroluq futbolçu
- “Xankəndi” üçün tarixi dönüş – Ev oyunları doğma şəhərdə
- “Kəpəz”in futbolçusu zədələnib - 3 həftə oynamayacaq
- Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”