Cavid Tağıyev Birinci Liqa klubu ilə razılaşıb
20.08.2024 - 15:32
Cavid Tağıyev Birinci Liqa klubu ilə razılaşıb

Azərbaycan milli komandasının sabiq üzvü Cavid Tağıyev yeni sezona Birinci Liqada başlayacaq.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümünü MOİK-də keçirəcək.

O, "hərbçilər"lə 1 illik müqaviləyə qol çəkib. Tağıyev ötən mövsümə "İrəvan"da başlayıb, "Cəbrayıl"da yekunlaşdırmışdı.

Qeyd edək ki, Tağıyev karyerası ərzində "Turan Tovuz", AZAL, "Qarabağ", "Zirə", "Sumqayıt", "Sabah", "Səbail" klublarında da oynayıb.

0