Cek Uilşer "Luton Taun"a baş məşqçi təyin edilib
13.10.2025 - 13:39
"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer baş məşqçi kimi fəaliyyət göstərəcək.
Apasport.az xəbər verir ki, ingiltərəli mütəxəssis "Luton Taun"u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çempionşip təmsilçisi 33 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Cek Uilşer futbolçu karyerasını başa vurduqdan sonra "Norviç"də köməkçi məşqçi kimi çalışıb.
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- De Blekere mübahisəli epizodları şərh edib - VİDEO
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”
0
0