Çempionlar Liqası: "Neftçi" Gürcüstan klubuna qarşı
07.09.2024 - 10:22
![Çempionlar Liqası: "Neftçi" Gürcüstan klubuna qarşı](https://ww3.apasport.az/storage/news/2024/september/07/big/66dbf1150536e66dbf1150536f172569013366dbf1150536c66dbf1150536d.jpg)
"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Siyasət Əsgərovun komandası ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub - 0:5.
0
0