ÇL: "Sabah"ın oyununa 3000 bilet satılıb
03.07.2026 - 13:34
ÇL: "Sabah"ın oyununa 3000 bilet satılıb

UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin “Sabah” - TNS oyununa bilet satışları davam edir.

Apasport.az xəbər verir ki, artıq maatçı üçün 3000 bilet satılıb.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Sabah" - TNS qarşılaşması iyulun 7-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.