"Sabah" və Finlandiyanın "KuPS" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi qonaq komandanın baş məşqçisi Miika Nuutinen fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, finlandiyalı mütəxəssis mətbuat konfransında Azərbaycan təmsilçisini cütün favoriti adlandırıb.
"Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. "Sabah"ın I təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq. Lakin real danışmaq lazımdırsa, cütün favoriti "Sabah"dır. Diqqətimizi bu matça yönəltmişik".
Qeyd edək ki, "Sabah" - "KuPS" oyunu iyulun 21-də saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.
- Zaur Həşimov: “Düşdüyümüz durum bizi kədərləndirir”
- MPL: “Neftçi” - “Turan Tovuz” matçında bərabərlik - YENİLƏNİB
- U-15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN - FOTO
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO