Dele Alli İtaliya yolunda
25.12.2024 - 14:58

İngiltərə millisinin sabiq üzvü Dele Alli karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, keçmiş “Tottenhem” futbolçusu “Komo” ilə müqavilə imzalamağa yaxındır.
İtaliya təmsilçisinin baş məşqçisi Ses Fabreqas yarımmüdafiəçini şəxsən heyətində görmək istəyir.
Müqavilənin şərtlərinə əsasən, azad agent statusu daşıyan Alli “Komo” ilə mövsümün sonuna kimi razılaşıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu son olaraq İngiltərə Premyer Liqası komandalarından “Everton”da çıxış edib.
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- Məqsəd İsayev üçün əlamətdar matç
0
0