Di Mariya "Benfika"dan ayrılacaq
17.05.2025 - 14:37

Anxel Di Mariya mövsümün sonunda "Benfika"dan ayrılacaq.
Apasport.az xəbər verir ki, "İnter Mayami" argentinalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə Argentina mətbuatı məlumat yayıb.
Di Mariya özü ölkəsinə qayıtmağı planlaşdırır. 37 yaşlı futbolçu "Rozariyo Sentral"a keçmək niyyətindədir.
Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü "Rozariyo Sentral"ın yetirməsidir. Təcrübəli oyunçu 2007-ci ildə klubdan ayrılaraq Avropaya yollanıb.
0
0