“Difai”dən yeni transfer
12.09.2025 - 00:38

"Difai" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda ilə müdafiəçi Nihad İsmayılov arasında mövsüm sonuna kimi müqavilə imzalanıb.
18 yaşlı gənc futbolçunun son komandası 2024-25-ci illərdə formasını geyindiyi "Şamaxı-2" olub.
O, buna qədər "Araz-Naxçıvan U-16", "Xəzər Lənkəran U-17", "Şamaxı U-19" klublarında çıxış edib.
0
0