“Difai”nin yeni baş məşqçisi müəyyənləşib
23.06.2025 - 21:54

Azərbaycan I Liqasında çıxış edən "Difai"nin yeni baş məşqçisinin adı açıqlanıb.
Apasport.az xəbər verir ki, komandaya Araz Bağırov başçılıq edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
O, bu vəzifədə Aydın Qasımovu əvəzləyib.
Qeyd edək ki, Araz Bağırov son mövsümdə Azərbaycan Premyer Liqasında "Kəpəz"ə başçılıq edən Azər Bağırovun köməkçisi olub.
0
0