"Dinamo"nun futbolçusu "Sabah"a gəlir? - Danışıqlar aparılır
15.07.2025 - 11:40
"Dinamo"nun futbolçusu "Sabah"a gəlir? - Danışıqlar aparılır

Azərbaycan Kubokunun son qalibi “Sabah” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Masazır təmsilçisinə Rusiyanın “Dinamo” (Moskva) klubunda çıxış edən Daniil Lesovoy təklif olunub.

"Sabah" rəhbərliyi bu keçidin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirir. 27 yaşlı vingerin hazırkı komandası ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Lesovoyun “Sabah”a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

Qeyd edək ki, rusiyalı futbolçu daha əvvəl “Arsenal” (Tula), “Makkabi” (Hayfa) və AEL (Limassol) klublarında da forma geyinib.