"Futbolda bəzən şans lazımdır".
Bu sözləri Apasport.az saytına açıqlamasında Domi Massumo deyib.
"Qəbələ"nin futbolçusu "Neftçi" ilə matçı dəyərləndirib: "Neftçi" ilə dueldə yenə məğlub olduq. Bizə xal, qələbə lazımdır. Çempionatdakı vəziyyətimizi düzəltmək istəyirik. Qışdan sonra liqaya yaxşı start vermişik, bunu davam etdirmək və daha da yuxarı pillələrə yüksəlmək niyyətindəyik".
Yarımmüdafiəçi ikinci hissədə daha istəkli olmalarıın səbəbini açıqlayıb: "Matça istədiyimiz kimi start verə bilmədik. İlk hissədə oyunumuz alınmırdı. Fasilədə məşqçimiz komanda ilə ciddi şəkildə danışdı, öz tapşırıqlarını verdi. Biz də bunu meydanda göstərməyə çalışdıq. Təəssüf ki, üstünlüyə yiyələndiyimiz andan sonra kiyafət qədər vaxt qalmamışdı".
Qeyd edək ki, "Neftçi" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
İSRAYIL XEYRULLAYEV