
“Qarabağ”, “Neftçi” və “Zirə”nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycana qayıtmaq istəyir. Hazırda klubsuz olan 35 yaşlı haitili Premyer Liqa klublarımızdan təklif gözləyir.
Bununla bağlı apasport.az saytına açıqlama verən Gerye ölkə çempionatında oynamaq niyyətindədir:
“Azərbaycan Premyer Liqasından təklif gələrsə, əlbəttə ki, qayıdaram. Mən indi təkliflərə baxıram. Görək hansı komandalar dəvət göndərəcək. Azərbaycana qayıtmağı çox istəyirəm. Oynamaq, komandalara kömək olmaq niyyətindəyəm. Uzun müddət orada oynamışam. Dəvət gələrsə, yenidən qayıdaram".
Haiti millisinin üzvü “Visla”(Krakov), “Alanyaspor”, “Qarabağ”, “Neftçi”, “Apollon”(Limassol), “Olimpiakos”(Nikosiya), “Zirə” və “Panejevis” komandalarında çıxış edib.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...