Doumandan yeni rekord
08.04.2026 - 14:47
Doumandan yeni rekord

"Arsenal"ın futbolçusu Maks Douman rekorda imza atıb. 

Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalının "Sportinq"lə oyununda (1:0) iştirak edib.

Bununla da, 16 yaş 97 günlük yarımmüdafiəçi ÇL tarixində 1/4 finalda oynayan ən gənc futbolçu olub. 

Öncəki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxan "Barselona"nın hücumçusu Lamin Yamala məxsus idi.