Emin Mahmudovdan Avropada 10-cu qol
23.07.2026 - 12:14
Emin Mahmudovdan Avropada 10-cu qol

Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.

Emin “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub.

O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.

Qeyd edək ki, Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudur.