Emreli oynamadı, komandası məğlub oldu
18.04.2026 - 10:16
Emreli oynamadı, komandası məğlub oldu

Almaniya II Bundesliqasında XXX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Kiel"in qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Kayzerslautern" 46 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Mahir bu matçda iştirak etməyib. 29 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.