
Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin “Kayzerslautern”də işləri qaydasında getmir.
Apasport.az saytına verilən məlumata görə, artıq uzun müddətdir Almaniya klubunun baş məşqçisi Torsten Libernextlə Mahir arasında münasibətin qaydasında deyil və o, azərbaycanlı futbolçuya güvənmir.
Vəziyyət bu cür davam edəcəyi təqdirdə, forvardın komandasını dəyişmək ehtimalı da ortaya çıxa bilər.
Belə ki, futbolçunun meneceri onun üçün ən azından icarə əsasında oynaya biləcəyi klub tapmağa çalışacaq.
Emreli oyun praktikasından əziyyət çəkməmək üçün, daimi oynaya biləcəyi komandaya keçmək istəyir. Bunun qışda reallaşa biləcəyi ehtimal edilir.
Qeyd edək ki, 28 yaşlı hücumçunun “Kayzerslautern”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, bu mövsüm Almaniya II Bundesliqasında cəmi 3 matça çıxıb. Emreli karyerası ərzində “Bakı”, “Qarabağ”, “Legiya”, “Dinamo”(Zaqreb), “Konyaspor”, “Nürnberq” klublarında oynayıb.