
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev yenidən legioner həyatı yaşaya bilər.
Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçuya həm Türkiyə, həm də Azərbaycan klubları maraq göstərir.
Lakin hazırda onun üçün daha real seçim ortaya çıxıb. Belə ki, Diniyevə Səudiyyə Ərəbistanı klubundan təklif gəlib.
Adı hələlik açıqlanmayan klub futbolçunu razı salmağa çalışır. Əgər tərəflər razılığa gələrsə, milli üzvlə 1+1 illik müqavilə imzalanacaq.
Bu transfer reallaşmasa, Coşqun Türkiyə və Azərbaycan klublarına keçmək variantını gözdən keçirəcək.
Son olaraq “Çorum”da çıxış edən Diniyev hazırda azad agentdir. O, karyerası ərzində “Bandırmaspor”, “Ümraniyespor”, “Zirə”, “Sabah”, “Qarabağ” və “Keşlə” komandalarının formasını geyinib.