"Fənərbaxça" 10 dəqiqəyə 3 futbolçusunu itirdi
05.02.2025 - 23:06
"Fənərbaxça" 10 dəqiqəyə 3 futbolçusunu itirdi

Türkiyə Kubokunun II turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, hazırda “Fənərbaxça” doğma meydanda “Ərzurumspor”u qonaq edir. 

Ev sahibləri 2:0 öndə olduğu matçda 55-70 dəqiqələri arasında 5 futbolçusunu əvəzləyib.

Belə ki, bunlardan 2-si normal dəyişiklik olsa da, 3-ü məcburi olub. 

Əvvəlcə “sarı-lacivərdlilər”in heyətində Aleksandr Ciku zədələnərək yerini Dieqo Karlosa buraxıb. 5 dəqiqə sonra isə Karlos zədələnib və Yusuf Akçiçeklə əvəzlənib. Son olaraq isə, Filip Kostiç Yusufun xəsarət almasından sonra meydana çıxıb.

Müdafiəçilərin son vəziyyətinə tibbi kontroldan sonra aydınlıq gələcək. 

Qeyd edək ki, “Fənər” 4 gün sonra Super Liqada “Alanyaspor”la üz-üzə gələcək.

0