"Fənərbaxça"dan De Bruyne bombası
26.12.2024 - 15:07

Super Liqa təmsilçilərindən "Fənərbaxça" Premyer Liqa nəhənglərindən "Mançester Siti"nin ulduzu Kevin De Bruyneni transfer edə bilər.
Apasport.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo şəxsi əlaqələrindən istifadə edərək belçikalını heyətinə qatmaq istəyir.
33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Belçika millisinin üzvü ilə ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
1
0