Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat alıb
13.10.2025 - 16:52
Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.