Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
20.05.2025 - 15:37
Fernandu Santuşun mətbuat konfransı keçiriləcək

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Konfrans mayın 23-də, AFFA-nın inzibati binasında olacaq və saat 16:00-da başlayacaq.

Mətbuat konfransında millimizin yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.