FHN dövlət qurumları arasında turnirin qalibi oldu - FOTOLENT - VİDEO
08.05.2023 - 10:17
FHN dövlət qurumları arasında turnirin qalibi oldu - FOTOLENT  - VİDEO

Fövqəladə Hallar Nazirliyi dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi oldu

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. 

Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası mübarizə aparıb. 

2022-ci ilin noyabr ayından start götürən turnirin həlledici oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha dəqiq oynayan FHN komandası turnirin qalibi adını qazanıb. Beləliklə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin çempionu FHN, ikinci yeri DTX, üçüncü yeri isə SOCAR komandası tutub.

Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər. 

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.

0