FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb
27.05.2025 - 11:54

Azərbaycan I Liqasına vəsiqə uğrunda "Difai" və "Hypers Guba" komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov ömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
VAR hakimi Rauf Cabarov, AVAR isə Namiq Hüseynov olacaq. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmovdur.
Qeyd edək ki, görüş mayın 28-də "ASCO Arena"da, saat 16:00-da start götürəcək.
0
0