Final və III yer uğrunda oyunun yeri müəyyənləşib
13.05.2026 - 16:18
AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.
İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək.
Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
0
0