Fransa millisinin üzvü “Qəbələ”də - RƏSMİ
11.02.2026 - 13:18
“Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar" Fransanın “Valensiyen” komandasında çıxış edən Sambu Sissokonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi 26 yaşlı dayaq yarımmüdafiəçisini mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.
0
0