"Karvan"ın sabiq çalışdırıcısı Füzuli Mənmədov növbəti mövsüm üçün planlarını dəqiqləşdirmək üzrədir.
"Apasport"un əldə etdiyi məlumata görə, PRO kateqoriyalı mütəxəssisin xidmətində bir neçə klub maraqlıdır.
Belə ki, 1-ci Liqada mövsümü 5-ci yerdə bititən "Şahdağ Qusar" təcrübəli məşqçini komandaya gətirmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Bundan əlavə Füzuli Məmmədova Misli Premyer Liqasından da təklif olduğu bildirilib.
Mütəxəssisin qərarının hansı yöndə olacağı irəlidəki günlərdə bəlli olacaq.
Xatırladaq ki, Məmmədov son sıralardakı "Mingəçevir"in sükanı arxasına keçdikdən sonra komandanı yüksək liqa xəttinə qaldırmış, bu mövsümün əvvəlində "Karvan Yevlax"ı çalışdırmağa başlamışdı.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub