Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib.
Apasport.az xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb.
Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-in Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib.
Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.
Günel Bədəlovanın ISMF-in rəhbərliyində təmsil olunması Azərbaycanın beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmləndirilməsi, eləcə də qış idman növlərinin inkişafı sahəsində təcrübəsinin beynəlxalq səviyyədə təqdim edilməsi baxımından əhəmiyyətlidir.
Bu təmsilçilik, həmçinin xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançı və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi üçün yeni imkanlar yaradır.
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub