“Neftçi” növbəti transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, gürcüstanlı müdafiəçi Solomon Kvirkveliya Bakı klubu ilə münasibətləri rəsmiləşdirib.
30 yaşlı mərkəz müdafiəçisi xüsusi videoçarxla təqdim olunub. Müqavilənin detalları açıqlanmasa da, Gürcüstan millisinin üzvünün yeni komandası ilə 2 illik sözləşmə imzalaması gözlənilir. Kvirkveliya “Neftçi”yə “Qaqra”dan keçib. O, karyerası ərzində həmçinin “Rubin”, Moskva “Lokomotiv”i, “Metallist” kimi klubların formasını geyinib.
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” buna qədər Ataa Caber, Qodsvey Donyo və Kenni Sayefi heyətinə qatıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi