Haitili futbolçu üçün yarış: "Neftçi", "Qarabağ", "Sabah" 
26.06.2025 - 17:57
Haitili futbolçu üçün yarış: "Neftçi", "Qarabağ", "Sabah" 

Haiti millisinin futbolçusu Jan Kevin Duvernen Misli Premyer Liqasında çıxış edə bilər.

Apasport.az saytına verilən məlumata görə, 27 yaşlı mərkəz müdafiəçisinə 3 klubu maraq göstərir.

Bunlar “Neftçi”, “Sabah”, "Qarabağ" klublarıdır. 

Mənbənin iddialarına görə, Kevinin transferi üçün "Araz-Naxçıvan" da yarışa qoşulub. 

Onun “Nant”la 2027-ci il iyununa qədər müqaviləsi var. Hazırda isə icarə əsasında Belçikanın "Kortreyk" klubunda çıxış edir. 

Haitili karyerası ərzində “Lans”, “Brest” kimi komandalarda da çıxış edib.