
"Burada olduğumuz üçün şadıq".
Apasport.az xəbər verir ki, bunu "Zirə"nin rəqibi "Hayduk"un baş məşqçisi Qonzalo Qarsiya mətbuata açıqlamasında deyib:
"Avrokuboklar başlayır, rəqabət aparmağa hazırıq. "Zirə" də güclü rəqiblərdən biridir. Ölkəni də bəyəndik, sabahkı oyunda yaxşı nəticə istəyirik".
Mütəxəssis sabahkı görüşdə formalaşmış komandaya qarşı oynayacaqlarını bildirib: "Rəşad Sadıqov 5 ildir ki, "Zirə"nin baş məşqçisidir. Komanda nə istədiyini bilir, sabah formalaşmış komandaya qarşı oynayacağıq. Biz yeni komandayıq, yeni-yeni formalaşırıq. İdeyaları həyata keçirmək üçnü işləyirik. "Zirə" uzun müddətdir ki, eyni baş məşqçiyə məxsusdur, demək ki, klub planlı şəkildə işləyir".
Qarsiya hər iki komandanın şanslarının bərabər olduğunu söyləyib: "Şanslar bərabərdir. "Zirə"də müsbət məqamlar var, uzun müddətdir ki, birlikdə çıxış edirlər. Komanda nə istədiyini bilir. Bizə gəldikdə, bizdə cavan və ac oyunçular var".
O, Rakitiçin karyerasını bitirməsinə də münasibət bildirib: "Əlbəttə ki, Rakitiçin meydanda olması müsbət hal olardı. Top oyunçudan söhbət gedir, uzun illər yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o yeni rolunda bizə kömək edəcək. Belə oyunçunu itirmək keyfiyyəti aşağı salır".
Baş məşqçi 15 ildir "Hayduk"un avrokuboklarda yaxşı çıxış etmədiyini deyib: "Bu, reallıqdır. 15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir. "Hayduk" böyük klubdur, kifayət qədər azarkeş kütləsi var. Keçmişdə nə baş veribsə, baş verib. Bu gün məşq edib, sabah oynayacağıq".
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”
- Rəşad Sadıqov: “Komandamız ideala yaxın formadadır”