“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”u qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Keçuk Surono bugünkü qarşılaşmaya öz proqnozunu verib.
Hindistanlı mütəxəssis “Qarabağ”ın işinin çətin olacağını düşünür:
İstər Bundesliqada, istərsə də avrokuboklarda mövsümə əla start götürən “Frayburq” cəmi 2 oyunda uduzub, çox yaxşı formadadır. “Qarabağ” isə bütün diqqətini Avropa Liqasına yönəltsə də, Premyer Liqada ehtiyat qüvvə ilə yüz faizlik nəticə göstərib. Qrupun son iki oyununda qələbə qazana bilməyən Azərabycan klubunun işi bu gün çətin olacaq.
Ştrayx bu gün heyətdə böyük dəyişiklik edəcək. Ancaq Bakıdakı qarşılaşmada hər iki tərəf üçün həyəcan yüksək olacaq. Hər iki komanda qol vurmağı sevir. Bu üzdən ən azı 2 qarşılıqlı qol gözləyirəm. “Qarabağ” evdə məğlubiyyətsiz olsa da, “Frayburq”a qalib gəlmək asan deyil.
Proqnozum: 1:1.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."