Höccət Haqverdi "Sumqayıt"da - RƏSMİ
03.09.2025 - 21:28
2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.
Təcrübəli müdafiəçi komandada "3" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm klubun şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- AFFA "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar təşkil edib
- AFFA-nın APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000 nəfəri ötüb
- I Liqa: Mövsümün oyun təqvimi açıqlanıb
- "Kəpəz"də yeni müqavilə - RƏSMİ
- “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
0
0