
Türkiyənin "Boluspor" klubu heyətini azərbaycanlı futbolçu ilə gücləndirməyi planlaşdırırmış.
Apasport.az saytına verilən məlumata görə, Türkiyə klubu Azərbaycan milli komandasının və "Neftçi"nin üzvü Höccət Haqverdinin xidmətində maraqlı olub.
Hətta keçidin yayda reallaşma ehtimalı böyük olub. Klub rəhbərliyi və baş məşqçi onun oyunlarının videolarını da izləyib, haqqında müsbət qərarlar verib.
Lakin sonda bu keçid baş tutmayıb. Buna səbəb isə legioner limiti olub.
Belə ki, ötən mövsüm türk dövlətlərinin vətəndaşı olanlar Türkiyə Super Liqası və Birinci Liqasında yerli statusu ilə oynayırdısa, bu mövsümdən legioner kimi hesab olunmağa başlayıblar. Məhz bu səbəbdən Höccət "Neftçi"də qalıb.
Türkiyə klubu isə heyətini türkiyəli oyunçu ilə gücləndirməyə məcbur qalıb.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB